Ferrari yenə biabırçırlıqla üzləşəcək?

İspaniya mətbuatının yazdığı xəbərlərə əsasən, Ferrari yeni bolidlə bağlı ciddi problemlər yaşayır və italyanlar hazırda İspaniya QP üçün yeniliklər hazırlayırlar.

F-1.az xatırladır ki, italyanlar keçən il mövsümə çempionluq iddiası ilə başlasalar da, mövsümü Mercedes və Red Bull-dan sonra 3-cü yerdə bağlamışdılar.

“Qırmızılar” ümid edirlər ki, builki yeni qaydalardan istifadə edərək, Mercedes ilə aradakı fərqi azaltsınlar və buna görə də builki bolidin üzərində işləməyə çox tez başlamışdılar. Amma İspaniya mətbuatının verdiyi xəbərə görə, yeni boliddə problemlər var. Marca xəbər verir ki, bolidin dizaynı ilə bağlı problemlər var və italyanlar qışı səmərəli formada keçirə bilməyiblər. Ferrari-nin 2017-ci il bolidinin aerodinamikasında problem olduğu üçün mühəndislər B şassisinin üzərində işləyirlər. Bu barədə Marca nəşrinə italiyalı bir mənbə danışıb: “Buna B şassisi demək olmaz, amma aerodinamik cəhətdən vacib dəyişikliklər olacaq”.

Ferrari komandasının rəhbəri Arrivabene Pirelli-nin İtaliyadakı tədbirində yox idi. İddialara görə, Arrivabene böhran toplantısı edib. İtaliyalı rəhbər bu barədə “Maranellodan çox da uzaqda deyiləm, amma işlərim çox olduğu üçün gələ bilmədim” açıqlamasını verib.

Ferrari-nin mətbuat katibi Alberto Antonini isə bu barədə – “Gözləntilərimiz barədə danışmaq düzgün deyil. Qaydalar dəyişir və fərqli bir bolidimiz olacaq. Nəyə qadir olduğumuzu və necə bolid düzəltdiyimizi bilirik. Amma rəqiblərimizlə müqayisə aparmaq üçün Barselona testlərini gözləməliyik” – deyib…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*