Ş.Lekler: Mövsümün ortası çox uğursuz keçdi

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, mövsümün ortasından işlər tərs getməyə başlayıb.

F-1.az xatırladır ki, monakolu sürücü ilk 3 yarışın 2-də qələbə qazansa da, Avstriya yarışından sonra birinciliyə həsrət qalıb. Bununla da mövsümü ikinci yerdə bağlayıb.

Şarl Lekler: “Bir söz demək çətindir. Keçən ilə nisbətən böyük addım atmışıq. Lakin mövsümün ortasından zəiflədik. O zamana qədər çempionatda lider idik. Daha sonra geri düşdük. Bu bizim üçün çempionatın ən şanssız dövrü idi. Builki səhvlərimizi gələn il düzəltməyə çalışacağıq. Yenidən tempimizi artıracağıq”.

,