H.Kovalaynen: “Çətinliklər xarakteri möhkəmlədir”

Mövsümün əvvəli Heykki KOvalaynen üçün uğursuz alınıb – finlandiyalı sürücü Çində beşinci olduğundan cəmi dörd xal qazanıb, daha üç yarışda […]

Mövsümün əvvəli Heykki KOvalaynen üçün uğursuz alınıb – finlandiyalı sürücü Çində beşinci olduğundan cəmi dörd xal qazanıb, daha üç yarışda isə Heykki yarışı ilk dövrələrdə dayandırmalı olub. Monako Qran Prisi ərəfəsində Heykki jurnalistlərə bildirib ki, o uğursuzluqlara fikir verməməyə çalışır…

Heykki Kovalaynen: “Mən pis şeylər haqqında düşünmək istəmirəm, hərçənd hiss edirəm ki, çətinliklər xarakteri möhkəmlədir. Güclü olmaq, motivasiyanı saxlamaq və mübarizəyə köklənmək üçün vəziyyəti idarə etməyi bacarmalısan. Böhran vəziyyətində hər şeyi itirmək asandır, amma irəliləmək lazımdır.

Mən növbəti yarışı səbirsizliklə gözləyirəm. Komanda irəliləyir, yeniliklər hazırlayır – inkişaf nikbinlik yaradır və motivasiyanı artırır. Mən təslim olmaq istəmirəm, mən uğur qazanmaq istəyirəm və düşünürəm ki, bizim şansımız olacaq. Keçən il Monako uik-endi uğurlu alınmışdı, amma sonda sükanda problemlər yaşamışdıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*