Halo McLaren-in rəsmi tərəfdaşıdır

Halo şirkəti McLaren-in İT, avtomatlaşdırma və proqram təminatı üzrə tərəfdaşı olub.

F-1.az xəbər verir ki, çoxillik tərəfdaşlığın bir hissəsi olaraq, McLaren bütün bölmələr üzrə mərkəzləşdirilmiş iş axınları vasitəsilə əməkdaşlığı təkmilləşdirmək və İT xidmətlərini təqdim etmək üçün HaloITSM-dən istifadə edəcək.

2023-cü il Kanada Qran Prisindən başlayaraq komandanın avtomobillərində və pitlərində Halo loqoları görünəcək.

Qeyd edək ki, tarixi şirkət hər nə qədər son illərdə köhnə uğurlu dövrlərindən çox uzaq olsa da, sponsorların diqqətini cəlb etməkdə heç də çətinlik çəkmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*