Haas heyətini tezliklə açıqlayacaq

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, 2021-ci il heyətlərini tezliklə açıqlayacaqlar.

F-1.az xatırladır ki, Amerika komandası ilin sonunda həm Qrojanla, həm də Maqnussenlə yollarını ayıracaq. Onların əvəzinə isə Mik Şumaxer, Nikita Mazepin və Serxio Peresin adı hallanır.

Günter Ştayner: “Ümid edirəm ki, yeni heyətimizi açıqlamaq üçün çox gözləmərik və tezliklə açıqlayarıq. Bəzi kiçik detalları həll etməliyik, amma ciddi şeylər deyillər. Bir az gözləməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*