D.Frankitti: “Ştayner yalan danışır”

İndyCar seriyasının dördqat qalibi Dario Frankitti bildirib ki, Haas komandasının rəhbəri Günter Ştayner yalan danışmaqdan başqa heç nə bilmir.

F-1.az xatırladır ki, Liberty Media 2021-ci ildə komandaların gücünü bərabərləşdirmək üçün standart elementlərin istifadəsini təklif etmişdi. Amma Günter Ştayner bu fikirlə razı olmadığını bildirib və qeyd edib ki, Formula1-i amerikanların İndyCar seriyasına çevirmək olmaz.

Dario Frankitti: “Kim ötmələrin olduğu və sürücülərin gücünü göstəridiy seriyanı izləmək istəyər? Bəzi standart elementlərlə axmaqlıq arasında böyük fərq var. Haas komandası digər istehsalçıların hesabına yaranmayıb? Belə görünür ki, Ştayner yalan və boş danışmaqdan başqa heç nə bilmir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*