G.Ştayner Maqnusseni müdafiə edib

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Renault tərəfinin Maqnussen barədə dedikləri onu təəccübləndirib.

F-1.az xəbər vermişdi ki, Siril Abitebul Renault-nu tərk edib Haas-a keçən Kevin Maqnussen barədə yaxşı sözlər söyləməyərək bildirmişdi ki, danimarkalının performansına və şəxsiyyətinə görə məyus olmuşdu. Bundan başqa Abitebul əlavə etmişdi ki, Maqnussen istedadlı olmasına baxmayaraq, intizamsızdır.

Amma Ştayner yeni sürücüsünü müdafiə edib: “Kevini komandaya gətirdiyimiz üçün sevinirik. Onunla uğurlar qazanmaq üçün səbirsizlənirik. O, hörmətə layiqdir. Onun daha əvvəl nələr etdiyini görmüşük və eyni uğurları Haas komandasında yaşaması üçün ona lazımi hər şeyi təqdim edəcəyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*