F.Uilyamsın həyat yoldaşı vəfat edib

Williams komandasının mətbuat xidməti komandanın təsisçisi Frənk Uilyamsın həyat yoldaşı Virciniya Uilyamsın dünən gecə 66 yaşında xərçəng xəstəliyindən vəfat etməsi […]

Williams komandasının mətbuat xidməti komandanın təsisçisi Frənk Uilyamsın həyat yoldaşı Virciniya Uilyamsın dünən gecə 66 yaşında xərçəng xəstəliyindən vəfat etməsi barədə mətbuat relizi yayıb…

Relizdə deyilir: “Dərin hüzünlə xəbər veririk ki, komandanın təsisçisi və başçısı ser Frənk Uilyamsın həyat yoldaşı leydi Virciniya Uilyams dünən vəfat edib.

Hamının “Cinni” kimi tanıdığı leydi Virciniya öz evində dünən gecə ailəsinin əhatəsində dünyasını dəyişib. Cinni son 3 ildə xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

Cinni həmişə Williams komandasının tarixinin və uğurlarının ayrılmaz hissəsi olacaq və bu gün biz Uilyamslar ailəsinin ən sevimli bir üzvünün xatirəsini yad edirik, biz ondan ötrü artıq darıxırıq…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*