19 Oktyabr 2019, Şənbə - 16:15

FOTA iştirakçıların siyahısına yenidən baxılmasını

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:10 - 07 İyul, 2009

Keçən çərşənbə günü FİA prezidenti Maks Mosli, Formula1-in kommersiya başçısı Berni Ekklstoun və FOTA-nın prezidenti Luka di Montedzemolo çempionatdakı mübahisəyə […]

Keçən çərşənbə günü FİA prezidenti Maks Mosli, Formula1-in kommersiya başçısı Berni Ekklstoun və FOTA-nın prezidenti Luka di Montedzemolo çempionatdakı mübahisəyə son qoydular, amma FİA və FOTA arasındakı qarşıdurmaya hələ son nöqtə qoyulmayıb. Cümə günü The Guardian qəzeti Alan Donelli və Manor komandasının rəhbərliyi arasındakı məktublaşmanı dərc edib, komandalar bir daha FİA-nın daimi stüardını yanlış qənaətə sahib olmaqda günahlandırıblar. Deyilənlərə görə, bütün bu hadisələrin yekunu FOTA-nın nəzarəti altında gələn ilin çempionat iştirakçılarının siyahısına yenidən baxış ola bilər…

Yaxın bir neçə həftə ərzində əldə olunmuş razılığın təfərrüatları hamıya məlum olacaq – yeni komandaların büdcəsini müəyyən edəcək gələn il üçün məsrəflərin azaldılması tədbirləri, Cosworth motorlarında dirsəkli valın dövriyyəsinin məhdudlaşıdırlmasından imtina edilməsi və çempionat iştirakçılarının qarşılıqlı münasibətlərinin forması, yəni köhnə komandaların yeni komandalara texniki yardımı.

Bu üç məsələdə qeyri-müəyyənliyin olması və Razılıq Müqaviləsinin hazır olmaması bəzi problemlər yaradır. Donelliyə qarşı münsaibətin necə olması da məlum deyil – hər şey onun istefası ilə qurtaracaq yoxsa FİA indiki komandaların təzyiqi altında iştirakçıların siyahısına yenidən baxacaq?

Con But, Manor GP-nin başçısı: “Biz ümid edirik ki, təfərrüatlar yaxın həftələrdə bəlli olacaq. Deyəsən hamı məsrəflərin azaldılmasında, xərclərə nəzarətdə maraqlıdır, amma biz bilməliyik ki, komandanın büdəcsi nə qədər olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 246
Teqlər
Paylaş

logo