Formula E-nin 2018/2019-cu illər mövsümü üçün təqvimi təsdiq olunub

Manilada baş tutan FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının iclasında Formula E çempionatının 2018/2019-cu illər mövsümü üçün təqvimi təsdiqlənib.

F-1.az xəbər verir ki, yeni nəsil maşınların debüt edəcəyi mövsümdə 12 müxtəlif trasda 13 yarış baş tutacaq. Çempionata dekabrın ortalarında Səudiyyə Ərəbistanında start veriləcək. İyulun 13-də və 14-də Nyu Yorkda baş tutacaq ardıcıl iki yarışla mövsüm başa çatacaq.

Mövsümün üçüncü yarışının keçiriləcəyi ölkə və şəhər hələ məlum deyil. Çində baş tutacaq arıdıcıl iki yarışdan ilki Honqkonqda keçiriləcək. İkinci yarışa hansı şəhərin ev sahibliyi edəcəyi hələ məlum deyil.

Formula E çempionatının 2018/2019-cu illər mövsümü üçün təqvimi:

Tarix Ölkə Şəhər
15 dekabr 2018-ci il S.Ərəbistanı Riyad*
12 yanvar 2019-cu il Mərakeş Mərakeş
26 yanvar 2019-cu il məlum deyil məlum deyil
16 fevral 2019-cu il Meksika Mexiko
10 mart 2019-cu il Çin Honqkonq
23 mart 2019-cu il Çin məlum deyil
13 aprel 2019-cu il İtaliya Roma
27 aprel 2019-cu il Fransa Paris
11 may 2019-cu il Monako Monako*
25 may 2019-cu il Almaniya Berlin
9 iyun 2019-cu il İsveçrə Sürix **
13 iyul 2018-ci il ABŞ Nyu York
14 iyul 2018-ci il ABŞ Nyu York

* – tras FİA tərəfindən təftiş olunmalıdır
** – mərhələ milli federasiya tərəfindən təsdiq olunmalıdır

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*