Formula E: Aleks Linn Mahindra ilə müqavilə imzalayıb

Bu gün Mahindra Racing komandası Berlində keçiriləcək mövsümün son 6 yarışında komandanın şərəfini qoruyacaq sürücünün adını açıqlayıb.

F-1.az xatırladır ki, bu ayın əvvəlində Paskal Verlyayn Mahindra komandasını tərk edəcəyini açıqlamışdı, bu gün isə Aleks Linn Berlində keçiriləcək mövsümün son 6 yarışında komandanın sürücüsü kimi təqdim olunub.

Aleks Linn: “Berlində Mahinda Racing-lə çıxış edəcəyim üçün çox məmnunam. Komanda ilə birlikdə Formula E-də özümüzə ən yüksək hədəflər qoymuşuq. Hər şeyin başlamasını səbirsizliklə gözləyirəm.

Berlində iki dəfə çıxış etmişəm və yaxşı nəticələr göstərmişəm, hətta keçən il SuperPoulda da iştirak etdim. Bu il Berlində yarış formatı maraqlı, lakin çətin olacaq. Başlamağı səbirsizliklə gözləyirəm…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*