Verlyayn Mahindra Racing-dən ayrılıb

Paskal Verlyayn Formula1-də iki mövsümü Manor və Sauber komandaları ilə keçirdikdən sonra son illərdə Formula E-də Mahindra Racing-in şərəfini qoruyub, ancaq uzun müddət davam edən fasilə zamanı komandasını dəyişməyi qərara alıb.

F-1.az bildirir ki, almaniyalı sürücü bunun üçün çox qeyri-adi bir yol seçib – 25 yaşlı Paskal İnstaqramda komanda ilə müqaviləni uzatmadığını təsdiqləyən bir açıqlama paylaşıb. Onun tezliklə növbəti mövsüm üçün Porsche ilə müqavilə bağlamasını elan edəcəyi gözlənilir.

Paskal Verlyayn: “Bu gündən etibarən Mahindra Racing-də çıxış etmirəm. Bu mövsümü onlarla başa vurmaq istədim, amma vəziyyət buna imkan vermir. Gələcəyim barədə çox şey deyə bilmərəm, amma sizə məlumat verəcəyəm”.

Bir müddət sonra Mahindra Racing yeni sürücüsü ilə bağlı bəyanat verəcək. Formula E mövsümünün avqustda davam etməsi planlaşdırılır.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*