Force İndia KERS-dən yayın ortalarından istifadə edəcək

Force İndia maşınlarında iyulun ortalarından KERS sistemi quraşdırılacaq – bu barədə GPWeek internet resursuna müsahibəsində komandanın sahibi və başçısı Vicey […]

Force İndia maşınlarında iyulun ortalarından KERS sistemi quraşdırılacaq – bu barədə GPWeek internet resursuna müsahibəsində komandanın sahibi və başçısı Vicey Malya bildirib. Malya dəqiqləşdirib ki, Mercedes-Benz-in hazırladığı KERS VJM002 maşınlarına mövsümün doqquzuncu yarışında, Almaniya Qran Prisində yerləşdiriləcək…

Vicey Malya: “Nürburqrinqdə biz KERS-lə çıxış edəcəyik, çünki maşınlarımız elə əvvəldən bu sistemdən istifadəyə nəzərdə tutulub və bizim Mercedes-lə lazımi müqaviləmiz var.

Almaniyaya kimi bütün komandalar KERS-lə vəziyyəti aydınlaşdıracaqlar. McLaren topladığı təcrübəni tətbiq edə bilər, sistem özü isə “uşaq xəstəlikləri”ndən azad olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*