23 Yanvar 2019, Çərşənbə - 22:03

FİA yeni jurnalını dərc etməyə başlayır

FİA yeni jurnalını dərc etməyə başlayır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:55 - 09 Dekabr, 2012

FİA, FİA Fondu və FİA İnstitutu yeni AUTO jurnalının dərcinə başlayıblar, jurnal dünyanın bütün ölkələrinə yayılacaq. AUTO-da beynəlxalq avtoidmanla bağlı […]

FİA, FİA Fondu və FİA İnstitutu yeni AUTO jurnalının dərcinə başlayıblar, jurnal dünyanın bütün ölkələrinə yayılacaq.

AUTO-da beynəlxalq avtoidmanla bağlı ən vacib məsələlər əks olunub, yollarda təhlükəsizliyə də xüsusi yer ayrılıb…

Jan Todt: “FİA-nın prezidenti olandan sonra ekspert fikirlərini, federasiyanın, fondumuzun və institutumuzun təcrübə və təşəbbüsünün bir araya gətirmək istəyirdim.”

Jerar Seyyan, FİA İnstitunun prezidenti: “Biz federasiyanın bütün qollarının ən yaxşı nailiyyətlərini özündə birləşdirən jurnalı təqdim etməyə çox şadıq. Jurnal vacib mövzuları müzakirə etməyə imkan verir, eləcə də avtoidman və avtomobil dünyasındakı son xəbərlərə həsr olunmuş eksklüziv materillarla tanış edir.”

FİA-nın mətbuat xidməti bildirib ki, jurnalın hər bir sayında oxucular dünya traslarında yarışların gedişində hazırlanmış informasiya materialları, təhlil məqalələri, müsahibə və fotoşəkillərlə tanış ola biləcəklər.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 241
Teqlər , , ,
Paylaş

logo