FİA rus və belarus sürücülər üçün davranış qaydalarını açıqlayıb

FİA Rusiya və Belarusdan olan sürücülərin yarışmasına icazə verilmişdi, bu gün isə onların əmək etməli olduqları davranış qaydaları açıqlanıb.

F-1.az xəbər verir ki, hər iki ölkənin vətəndaşı olan sürücülər 10 bəndin qeyd olunduğu anketi imzalayaraq orada qeyd olunanlara əməl edəcəklərinə söz verməlidirlər.

  1. Ümumdünya Şurasının 01.03.2022 tarixli qərarlarına əməl edəcəyəm. Mən başa düşürəm ki, bundan imtina etsəm FİA -nın Beynəlxalq İdman Məcəlləsinin 12.2.1 maddəsini pozmuş olacam və bu, cərimə və sanksiyalara səbəb olacaq
  2. Mən FİA-nın Ukrayna dövləti və Ukrayna xalqı və davam edən münaqişə nəticəsində əziyyət çəkən bütün şəxslərlə həmrəyliyini bölüşürəm.
  3. Etiraf edirəm ki, Mən Rusiya və Belarus təmsilçisi kimi yox, yalnız neytral statusda yarışa bilərəm.
  4. Mən ictimai yerlərdə və sosial şəbəkələrdə Rusiya və Belarusun milli simvollarını rənglərini və bayraqlarını nümayiş etdirməyəcəm.
  5. Mən bir rəqib kimi öz geyimlərimdə, aksesuarlarımda və ya digər şəxsi əşyalarımda, avtomobilimdə və ya digər avadanlıqlarımda aşağıda sadalananları sərgiləməyəcəm:
    – Rusiya və ya Belarus bayrağı (faktiki və ya tarixi)
    – Rusiya və ya Belarus bayrağına bənzər hər hansı bir şəkil
    – Rusiya və ya Belarusu simvolizə edən hər hansı bir milli simvol və ya emblem (məsələn, ikibaşlı qartal)
    – “Rusiya” və ya “Belarus” sözləri, Rusiya və ya Belarus avtomobil federasiyalarının tam və ya qısaldılmış adı
  6. Mən etiraf edirəm ki, mükafatlandırma mərasimlərində Rusiya və ya Belarusun himni səsləndirilməyəcək. FİA və ya promouterlərin təşkil edəcəyi yarış və ya tədbirlərdə Rusiya və ya Belarusun himnini oxumayacağam.
  7. Mən FİA-nın, yarış təşkilatçılarının və ümumiyyətlə avtoidmanın maraqlarına xələl gətirəcək açıqlamalar və şərhlər etməyəcəm. Mən Rusiya və Belarusun Ukrayna ilə bağlı addımlarını dəstəkləməyəcəm (birbaşa və ya dolayı)
  8. Mən FİA-nın bütün qaydalarına, tövsiyələrinə, prosedurlarına, o cümlədən, tətbiq edilən hər hansı sanksiyalara riayət etməyi öhdəmə götürürəm.
  9. Mən FİA -nın yarışmağıma qadağa qoymaq da daxil olmaqla, iştirakımla bağlı əlavə tədbirlər görə biləcəyini və ya əlavə qərarlar qəbul edə biləcəyini qəbul edirəm. Bütün bunlara əməl edəcəyəm.
  10. Mən bu öhdəliklərin məzmununu oxudum, başa düşdüm və onları yerinə yetirməli olduğumu anlayıram.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*