17 İyun 2019, Bazar ertəsi - 11:16

FİA prezidentliyinə beş namizəd

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:00 - 06 İyul, 2009

Əgər Maks Molsi vədinə sadiq qalsa və oktyabr seçkilərinə qatılmasa, onda payızda 1993-cü ildən bəri federasiyaya yeni prezident başçılıq edəcək. […]

Əgər Maks Molsi vədinə sadiq qalsa və oktyabr seçkilərinə qatılmasa, onda payızda 1993-cü ildən bəri federasiyaya yeni prezident başçılıq edəcək. Hazırda bu posta beş namizədin adı məlumdur, onların hər birinin öz üstünlüyü var…

Jan Todt (fransalı, eSafetyAware şirkətinin prezidenti)

Todt prezident vəzifəsinə ən əsas namizəd hesab olunur. Fransalı mütəxəssis federasiyanın “ralli lobbisi”ni dəstəkləyir, onun Formula1-də böyük iş təcrübəsi var və hazırda o FİA-nın müəsisələrindən birinə başçılıq edir.

Todt Formula1 komandaları üçün ən qeyri-münasib namizəddir, ekspertlər əmindirlər ki, komandalar FOTA-nın möhkəmlənmiş mövqeyindən istifadə etməklə əllərindən gələni edəcəklər ki, Todt seçilməsin…

Nik Krou (amerikalı, FİA-nın vitse prezidenti)

Amerikanın “Dünya korpusu”nun keçmiş direktoru olan Krou ən vacib avtomobil bazarlarından birini təmsil edir və FİA-da böyük iş təcrübəsinə malikdir. Amerikalı mütəxəssisin diplomatik istedadı bir neşə mübahisəli məsələrin həllinə səbəb olub, o FİA-da və milli federasiyalarda böyük hörmət sahibidir.

Əsas problem Nikin yaşıdır, ona görə də o öz namizədliyini heç irəli sürməyə bilər…

Mişel Boeri (monakolu, FİA Senatının prezidenti, Monako Avtoklubunun başçısı)

Boeri 90-cı illərin əvvəlində Jan-Mari Balestrin yerinə prezident seçilə bilərdi, amma o zaman Mosli onu qabaqlamışdı. Monakolu mütəxəssisin də yaşı böyük problemdir, amma keçən il o Moslinin yerinə real namizəd idi, bu il isə komandalar mübahisəli məsələləri məhz onunla həll etmək istədiklərini bildirmişdilər. Boeri Fota üçün münasib namizəddir.

Viki Çandhok (hindistanlı, milli federasiyanın prezidenti)

Çandhokun FİA-da və milli federasiyada böyük iş təcrübəsi var. Viki özündə sürücü ehtirasını biznesmen istedadı ilə birləşdirir, ən böyük və inkişaf etməkdə olan avtomobil bazarını təmsil edir. Çandhokun Berni Ekklstounla və komandalarla münasibətləri yaxşıdır, amma seçkilərdə onun kifayət qədər səs toplaması sual altındadır…

Ari Vatanen (finlandiyalı, siyasi xadim)

Ralli üzrə dünya çempionu, Dakarın dördqat qalibi, Hazırda isə Avroparlamentdə Finlandiyanı təmsil etməklə siyasi fəaliyyətini davam etdirir. Bu il Vatanen seçkilərdə məğlub olduqdan sonra azaddır. Finlandiyalı sürücünü FİA və azarkeşlər dəstəkləyirlər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 199
Teqlər
Paylaş

logo