FİA məcburi fasiləni uzadıb

Əvvəllər komandaların fəaliyyətinə avqust ayında 2 həftəlik məcburi fasilə verilirdi. Builki vəziyyətlə bağlı fasilə mart ayına keçirilib və müddəti artıq 2 dəfə uzadılıb. Komandalar 63 gündür ki, işlərinə fasilə veriblər.

F-1.az bildirir ki, Kovid-19 virusu ilə əlaqədar sözügedən fasilənin növbəti dəfə uzadılması barədə növbəti dəfə qərar qəbul edilib. Beləliklə, mart ayından başlayan, aprel may və (və ya) iyun aylarını əhatə edəcək sözü gedən müddət 35 gündən 63 günə qalxıb. Fasilənin başlamasından 50 gün sonra – əvvəldən də deyildiyi kimi, FİA-dan yazılı icazə alaraq 10 nəfərdən artıq olmayan və evdən çalışa bilən əməkdaşlarla uzunmüddətli layihələr üzərində işləyə bilərlər.

Güc qurğusu istehsalçılarının tətil müddəti də ardıcıl 5 həftədən 7 həftəyədək uzadılıb. Burada da fasilənin başlamasından 36 gün sonra FİA-dan yazılı icazə almaq və sayları 10 nəfərdən artıq olmamaq şərti ilə evdən çalışan əməkdaşlar uzunmüddətli layihələr üzərində işləyə bilərlər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*