Ferrari və AlphaTauri-nin bazaları koronavirusun “qırmızı zona”sında

İtaliya hökuməti epidemioloji vəziyyətin təhlükəli olduğu bölgələrin siyahısını genişləndirib. Bir neçə gün əvvəl, koronavirusun yayılması ilə əlaqədar olaraq "qırmızı zona"da yalnız bir neçə əyalət var idisə, indi onların sayı 12-yə çatıb, sutka ərzində xəstəliyə yoluxmaların sayı da xeyli artıb.

F-1.az bildirir ki, indi karantinin elan olunduğu “qırmızı zona”da həm Modena – Maranelloda Ferrari-nin bazası yerləşir, həm də Emiliya Romanya yer alıb – Fayentsada AlphaTauri-nin bazası yerləşir. Hökumətin qərarı ilə “qırmızı zonalar”a xüsusi icazə olmadan giriş və çıxış qadağandır. Aydındır ki, komanda üzvləri üçün belə icazələr alınacaq.

Bütün məktəblər, universitetlər, muzeylər, idman obyektləri, mədəniyyət mərkəzləri və xizək kurortları aprelin 3-dək bağlanıb. Tibb işçilərinin məzuniyyətləri ləğv edilib.

Komandalar daxili məhdudiyyətlər tətbiq ediblər, qapalı rejimə keçiblər və işçilərin sağlamlıq vəziyyətinə nəzarət edirlər. Çoxları artıq mövsümün ilk mərhələsi üçün Avstraliyaya uçublar, qalanları yaxın günlərdə uçacaq, narahatlıq üçün ciddi bir səbəb yoxdur, ancaq mövsümün əvvəlində İtaliya komandalarının işi ciddi şəkildə çətinləşəcək.

Sonda qeyd edək, F1-in təchizatçısı olan PirelliMagneti Marelli şirkətlərinin qərargahları da “qırmızı zona”da yerləşirlər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*