Ferrari şərtli ərizə verdiyini təsdiq edib

Ferrari gələn il dünya çempionatının iştirakçıları siyahısına şərtsiz daxil edilib, amma komanda irəli sürdüyü şərtlərin yerinə yetirilməsinə israr edir. FİA […]

Ferrari gələn il dünya çempionatının iştirakçıları siyahısına şərtsiz daxil edilib, amma komanda irəli sürdüyü şərtlərin yerinə yetirilməsinə israr edir. FİA iştirakçıların siyahısını dərc etdikdən sonra Ferrari komandasının mətbuat xidməti rəsmi bəyanat yayıb…

“Gələn il dünya çempionatının iştirakçıları siyahısının dərc ediləməsindən sonra Ferrari bu siyahıya şərtsiz iştirakçı kimi əlavə olunmasına baxmayaraq, komanda aşağıdakıları bəyan edir:

– Bu il mayın 29-da Ferrari şərtli ərizə verib, bu günə kimi heç bir şərt yerinə yetirilməyib.

– Ferrari-nin FİA-nı yazılı xəbərdar etməsinə baxmayaraq, komanda iştirakçılar siyahısına şərtsiz daxil edilib. Şübhələri yox etmək üçün biz bir daha bəyan edirik ki, Ferrari FİA-nın qəbul etdiyi reqlament üzrə gələn ilin çempionatında iştirak etməyəcək, bu reqlament FİA tərəfindən komandanın əvvəlki müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını pozmaqla qəbul olunub.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*