Ferrari qumar oynamayacaq

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, Leklerin ötürmələr qutusunda problem çıxacağı halda, qumar oymayacaqlar.

F-1.az xatırladır ki, monakolu sürücü doğma publika önündə poul qazansa da, sıralanma turunun son saniyələrində qəza edərək, maşının sağ tərəfini dağıdıb. Bolidin arxa asılqanı da zədələnib və ehtimal olunurdu ki, ötürmələr qutusu da problemlidir. Gənc sürücünün maşınında ötürmələr qutusu dəyişilsə, startda 5 yer itirəcək. İlkin araşdırmalardan sonra ötürmələr qutusunda problem tapılmayıb. Komanda son qərarını bu gün verəcək.

Mattia Binotto: “Qumar oynamayacağıq. Belə keçən sıralanma turundan sonra əsas hədəfimiz yarışdan bacardığımız qədər çox xal almaqdır. Etibarlılıq çox vacibdir. Bizim üçün birinci odur. Əgər xırda şübhəmiz olsa, ötürmələr qutusunu yeniləyəcəyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*