21 Noyabr 2019, Cümə axşamı - 06:42

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 34-cü yazı – Ferrari 126 C3

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 34-cü yazı – Ferrari 126 C3

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:28 - 17 Fevral, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 34 gün qalır – 34 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 34-cü yazımızda komandaya ardıcıl ikinci Mühəndislər Kubokunu qazandıran 126 C3 modelindən danışacağıq…

1983-cü ildə mövsümə Ferrari 126 C2B modeli ilə uğurlu başlayan Skuderiya mövsümün ortasında yeni modelə keçdi – Ferrari 126 C3.  Maşını Harvi Postltueyt hazırlamışdı, amma onun hazırlanması zamanı yerli resurslardan aktiv istiafə olunmuşdu: komanda FİAT-ın Mirafiridəki aerodinamik borusunda çalışmışdı. Nəticədə Harvi qraund-effektin ləğvindən sonra itirilən asfaltayatma qüvvəsinin 50%-ni kompensə edə bilmişdi.

Skuderiya üçün son illərin ən innovativ maşını alınmışdı: maşın oxvari formada hazırlanmışdı, iti burun və sürücünün arxasından başlayan aşağıdan yuxarıya genişlənən yan pantonlar. Maşının daxilində havanın sirkulyasiya sxemi tam dəyişdirilmişdi: hava korpusun yanlarında yerləşdirilmiş soyutma sisteminin radiatorlarından keçirdi. Bundan başqa, motorun gücü sıralanma turunda 800 at qüvvəsinə çatdırılmışdı, yarış zamanı 650 at qüvvəsinə qədər aşağı salınırdı. Maşının korpusu kompozit materiallardan hazırlanmış iki hissədən ibarət idi, sonradan bu hissələr yapışqanla yapışdırılmışdı.

 

FERRARİ 126 C3

Ferrari, Scuderia Ferrari, Ferrari 126 C3, 1983

 

Yekun nöqteyi-nəzərindən 1983-cü il mövsümü əvvəlki mövsümün nüsxəsi alındı. Ferrari hər iki çempionatda qələbəyə yaxın olsa da, ancaq Mühəndislər Kubokunda qələbə ilə təskinlik tapdı. Mövsümün ilk yarısını 126 C2B modeli ilə keçirən Skuderiya estafeti 126 C3 modelinə verəndə vəziyyət onun xeyrinə idi, bundan sonra Rene Arnu Almaniya və Hollandiyada iki vacib qələbə qazandı və mövsümün son yarışına titula namizəd kimi gəlsə də, qələbəni əldən verdi.

Ferrari 126 C3 modeli komandanın texniki təkamülündə vacib addım idi. Kompozit materiallardan (kevlar və karbon) hazırlanmış ilk korpus olduğu üçün maşın daha yüngül və möhkəm alınmışdı. Gücləndirilmiş motorla birlikdə 126 C3 rəqibləri Brabham və Renault maşınları ilə təkər-təkərə mübarizə apara bilirdi.

Son yarışa pouldan başlayan Rene komandası üçün titul qazanmağa çox yaxın idi, amma 56-cı dövrədə sıradan çıxan turbin italyanların ümidini puça çxıardı. Brabham-in sürücüsü Nelson Pike 2-ci titulunu qazandı, Renault-dan Alen Prost 2-ci oldu, Ferrari-nin sürücüləri Arnu və Tambe isə növbəti yerləri tutdular və Ferrari-yə ardıcıl ikinci Mühəndislər Kubokunu qazandırdılar. Komanda növbəti dəfə eyni nailiyyəti 16 ildən sonra təkrarlayacaq…

 

FERRARİ 126 C3-ÜN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari 126 C3, 1983

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
1983-cü il7144261

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 7. 008
Teqlər ,
Paylaş

logo