Ferrari Fyoranoda J.Vilnövün xatirəsini yad edib

Kanadalı əfsanəvi sürücü Jil Vilnövün faciəli ölmünün 30-cu ildönümündə Fyorano trasında Ferrari komandası təntənəli anım mərasimi keçirib. Jilin oğlu, 1997-ci […]

Kanadalı əfsanəvi sürücü Jil Vilnövün faciəli ölmünün 30-cu ildönümündə Fyorano trasında Ferrari komandası təntənəli anım mərasimi keçirib. Jilin oğlu, 1997-ci ilin dünya çempionu Jak Vilnöv qırmızı Ferrari 312T4-ün sükanı arxasında bir neçə dövrə vurub – məhz bu maşının sükanı arxasında Jil 1979-cu ildə 3 qələbə qazanaraq vitse çempion olmuşdu.

Sürücünün xatirəsini yad etmək üçün Fyoranoya Ferrari-nin indiki sürücüləri – Fernando Alonso və Felipe Massa, Ferrari şirkətinin prezidenti Luka di Montedzemolo, vitse prezidenti Pyero Ferrari, icraçı direktoru Amadeo Feliza gəliblər. Fəxri qonaqlar arasında məşhur konstruktor Mauro Forqyeri də olub, məhz Mauor Ferrari üçün 70-ci ilin sonlarında maşınlar hazırlayırdı. Tədbirə Jilin keçmiş həyat yoldaşı Coan və qızı Melani, sürücü ilə işləmiş mexaniklər və çoxsaylı azarkeşlər də qatılıblar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*