Ferrari F.Massanı təbrik edib

Bu gün Felipe Massanın 30 yaşı tamam olub, Skuderiyanın rəsmi saytında komandanın nümayəndələri braziliyalı sürücünü təbrik ediblər… Luka di Montedzemolo: […]

Bu gün Felipe Massanın 30 yaşı tamam olub, Skuderiyanın rəsmi saytında komandanın nümayəndələri braziliyalı sürücünü təbrik ediblər…

Luka di Montedzemolo: “Əziz Felipe, mən sizə otuzillik gününüzdə ən yaxşı şeyləri arzu edirəm. Bu gün həm sizin üçün, həm də bizim üçün əlamətdar gündür – siz on il bizim ailənin bir hissəsi olmusunuz, mən bilirəm ki, siz indi də Ferrari-nin maraqları ilə yaşayır və nəfəs alırsınız. Sizin istedadınız və xarakteriniz sayəsində bizim hər birimizi sizi sürücü kimi yüksək qiymətləndiririk, amma insan kimi daha çox.

Bu gün yubileynizi siz ailənizlə qeyd edirsiniz və yadda saxlayın ki, qarşıdakı bir neçə həftə çempionatda mübarizə baxımından bizim üçün çox vacib olacaq.”

Stefano Domenikali: “Əziz dostum, mən sizi otuz yaşınız tamam olan gün qucaqlayıram – təkcə öz adımdan deyil, Scuderia Ferrari Marlboro-nun bütün əməkdaşları adından. Biz bir-birimizi çoxdan tanıyırıq, bir yerdə bir neçə faciəvi anlar yaşamışıq və hər dəfə daha güclü olmuşuq – bu, bizim münasibətlərə xüsusi rəng qatır.

Siz Maranelloya gələndə çox gənc idiniz və bizim komandada kişiləşdiniz. Biz bir yerdə hələ çox iş görməliyik və mən ümid edirəm ki, layiqli uğur son nəticə olacaq. Hədiyyə? Maranelloda biz dayanmadan işləyirik – siz bilirsiniz ki, mən nəyi nəzərdə tuturam….”

Fernando Alonso: “Felipe, sizə ad gününüzdə uğur arzulayıram! Siz məndən bir neçə ay böyüksünüz, iyul ayında mənim də otuz yaşım tamam olacaq və siz mən bu yaşa çatmış insanın nə hisslər keçirdiyini deyə biləcəksiniz.

Zarafatı qoyaq bir yana, mən demək istəyirəm ki, sizinlə Ferrari-də çıxış etməyimə çox şadam. Düşünürəm ki, biz əla duetik, biz birimizə hörmət və effektiv əməkdaşlıq edirik, bilirik ki, komandanın mənafeyi əxsi məanfedən üstündür. Ümid edirəm ki, tezliklə biz liderlər qrupunda mübarizə aparmağa imkan verən maşınlar alacayıq və yenə də bir yerdə qələbələr uğrunda mübarizə aparacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*