Ferrari Avstriyada Halonun yeni versiyasını test edəcək

Ferrari Avstriyaya gələn il istifadə edilməsi planlaşdırılan Halo sisteminin ikinci versiyasını gətirib...

F-1.az xatırladır ki, italyanlar mövsümöncəsi qış testlərində orijinal Halo sistemini ilk dəfə istifadə etmişdilər və daha sonra sistemi inkişaf etməyə fokuslanmışdılar. Titandan düzəldilən və birinci versiyadan daha kiçik olduğu deyilən yeni Halodan gələn il istifadə edilə biləcəyi deyilir.

Ferrari çərşənbə günü verdiyi açıqlamada bildirmişdi ki, cümə günü keçiriləcək sərbəst yürüşlərdə Halonun yeni versiyasını test edəcək. Yeni versiyanın 2017-ci ildə istifadə edilib-edilməyəcəyi gələn həftəsonu dəqiqləşəcək. FİA daha əvvəl bildirmişdi ki, iyul ayına qədər sistemin istifadə edilib-edilməyəcəyinə qərar verəcəklər. Gələn həftə keçiriləcək iclasda bu mövzu barədə ətraflı danışılacaq.

Xatırladaq ki, Halonun tək alternativi olan AeroScreen sisteminin inkişafı Red Bull tərəfindən dayandırılıb…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*