Ferrari 2011: Alonso və Fettel?

Builki mövsümün başlanğıcı Ferrari üçün uğursuz alınıb, amma çox güman ki, komanda yeni “drim tim” (arzular komandası) hazırlayır. Toro Rosso […]

Builki mövsümün başlanğıcı Ferrari üçün uğursuz alınıb, amma çox güman ki, komanda yeni “drim tim” (arzular komandası) hazırlayır. Toro Rosso komandasının keçmiş həmsahibi Gerhard Berger artıq çempionat qarşısında heç bir məsuliyyət daşımır və ona görə də mətbuatdan çox şeyi gizlətmir. Sport Bild qəzetinə müsahibəsində Berger keçənilki vəziyyətdən, Sebastyan Fettelin Red Bull-a keçidindən və onun yerinə sürücü axtarışından danışıb…

Gerhard Berger: “İndi mən bu barədə danışa bilərəm. Keçən il Toro Rosso Fernando Alonso ilə intensiv danışıqlar aparırdı, biz Fettelin yerinə yaxşı sürücü axtarırdıq. Fernando bizim təkliflə maraqlanmışdı, amma aydın bildirmişdi ki, ona birillik müqavilə lazımdır və 2009-cu il mövsümünü keçd ili kimi nəzərdə tutur, çünki 2010-cu ilə onun müqaviləsi artıq var. O kiminlə belə bir müqavilə bağlaya bilərdi? Yalnız Ferrari ilə!”

Biz hələ qışda Alonso və Ferrari arasında üçillik müqavilənin bağlanması barədə yazmışdıq, indi alman mətbuatı yazır ki, gələn il Ferrari-nin sükanı arxasına Fernando ALonso oturacaq, 2011-ci ildə isə onun komanda yoldaşı Sebastyan Fettel olacaq. Razılaşın ki, çox maraqlı duetdir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*