F.Briatore və P.Simonds FİA-ya müraciət ediblər

İtaliya Qran Prisindən bir həftə sonra, sentyabrın 21-də FİA-nın Ümumdünya Şuarsının nöbədənkənar iclası keçiriləcək, iclasda Nelsinyo Pikenin keçənilki Sinqapur yarışındakı […]

İtaliya Qran Prisindən bir həftə sonra, sentyabrın 21-də FİA-nın Ümumdünya Şuarsının nöbədənkənar iclası keçiriləcək, iclasda Nelsinyo Pikenin keçənilki Sinqapur yarışındakı qəzasının şəraiti müzakirə olunacaq. Renault-nun nümayəndələri hələlik şərh verməkdən imtina edirlər, amma İspaniyanın As qəzeti yazır ki, Flavio Briatore və Pət Simonds FİA-ya rəsmi məktub göndəriblər və Fernando Alonsoya həmin yarışda ciddi üstünlük verən qəzanın planladırılması barədə bütün şübhələri rədd ediblər.

Qəzet yazır ki, Nelsinyo Pike federasiyaya sübutlar təqdim edib, guya sürücüyə startdan əvvəl qəzanı törətmək təklif olunubmuş (hətta konkret dövrə də deyilibmiş), bunun müqabilində isə gələn ilə müqavilə bağlanmasına zəmanət verilirmiş. FİA-ya məktubunda Briatore və Simonds belə bir təklif barədə şayiələri təkzib ediblər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*