F.Alonso üçhəftəlik məşqlərinə yekun vurub

Fernando Alonso bu il yeni Ferrari-nin sükanı arxasında oturmağa tələsmir – mövsümöncəsi testlərin Xeresdə birinci seriyasında F138-in ilk sınaqlarını kolleqaları […]

Fernando Alonso bu il yeni Ferrari-nin sükanı arxasında oturmağa tələsmir – mövsümöncəsi testlərin Xeresdə birinci seriyasında F138-in ilk sınaqlarını kolleqaları Felipe Massa və Pedro de la Rosaya həvalə eləmişdi. Alonso işə yalnız Barselona trasında başlayacaq, amma bu o demək deyil ki, ikiqat dünya çempionu son həftələri ancaq dincəlirdi – Ərəb Əmirliklərində dincəldikdən sonra sürücü qarlı Avropaya qayıdıb və intensiv məşqlər edib.

Yeri gəlmişkən, Twitter-də azarkeşlərdən biri Alonsodan niyə məhz Dubayı seçdiyini soruşmuşdu, Alonso isə belə cavab vermişdi: “Çünki mənim vətənim Ovyedoda bu vaxt yağışlar yağır…”

Bu gün isə Alonso son üç həftə ərzində keçirdiyi məşqlərə yekun vurub: “velosipedlə 936 km məsafə qət etmişəm, 91 km yolu qaçmışam, 8 saat üzmüşəm, trenajor zalında 7 saat çalışmışam və 14 saat ərzində başqa işlərlə (xizək, tennis, futbok və s.) məşğul olmuşam.”

Artıq məlumdur ki, dördgünlük Barselona testlərində Alonso ilk üç günü işləyəcək, sonuncu gün onu Felipe Massa əvəz edəcək…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*