F.Alonso: “Bu il hamı sıfırdan başlayıb”

Braziliyanın Globo telekanalına müsahibəsində Fernando Alonso keçmiş və cari komanda yoldaşlarından – Felipe Massa və Kimi Rəykkönendən danışıb… Fernando Alonso: […]

Braziliyanın Globo telekanalına müsahibəsində Fernando Alonso keçmiş və cari komanda yoldaşlarından – Felipe Massa və Kimi Rəykkönendən danışıb…

Fernando Alonso: “Bu il mən bir neçə dəfə Felipe ilə danışmışam. O xoşbəxtdir, Williams – əfsanəvi komandadır, onlar mövsümöncəsi testləri əla keçirdilər və uğur qazanmağa ümid edirlər. Əgər titul uğrunda mübarizəyə qatıla bilsə, yaxşı olar, onda Felipe də bu mövsüm ciddi rəqib olacaq.

Biz Kimi ilə yaxşı əməkdaşlıq edirik, Ferrari üçün çalışırıq, amma Avstraliyada rəqib olacayıq. Komanda daxilində rəqabətin olması normaldır, hər bir sürücü komanda yoldaşını qabaqlamaq istəyir, amma mən ümid edirəm ki, bizim komanda daxilində rəqabətimiz Ferrari-nin xeyrinə olacaq.

Qüvvələr nisbəti? Avstraliya və Malayziyada biz biləcəyik ki, mövsümə kim daha yaxşı hazırlaşıb. Amma başa düşmək lazımdır ki, bu il reqlamentdəki ciddi dəyişikliklər üzündən hamı sıfırdan başlamalı olub”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*