24 Avqust 2019, Şənbə - 06:33

F.Vassyör: “Renault 2016-cı ildən imtina etməyib”

F.Vassyör: “Renault 2016-cı ildən imtina etməyib”

Müəllif: Rauf Hacıyev, redaktor

08:14 - 08 May, 2016

Renault komandasının idman direktoru Frederik Vassyör bildirib ki, onlar hələ qərar verməsələr də, 2016-cı il mövsümü üçün inkişafı saxlamaq komanda üçün böyük səhv olacaq.

F-1.az xatırladır ki, Renault Lotus komandasını alaraq, 5 ildən sonra Formula1-ə qayıtmışdı. Komanda ilk 3 yarışda xal ala bilməsə də, Rusiya yarışında Kevin Maqnussen fransızlara ilk xalları qazandırmışdı.

Vassyör bildirib ki, komandanın Rusiyada xal qazanması komanda daxilindəki pis əhval ruhiyyəni məhv edib və onlar 2016-cı il mövsümündən imtina etmək fikrindən daşınıblar.

Frederik Vassyör: “Bilmirik ki, 2016-cı il üçün işləyək, yoxsa 2017-ci il üçün. Sözün açığı, buna qərar verməkdə çətinlik çəkirik.

Keçən ilə nisbətən daha güclüyük. Bu açıq-aydın hiss olunur. 2017-ci il mövsüm başlayanda tam hazır olmaq və daha güclü performans göstərmək istəyirik.

Digər tərəfdən də, 2016-cı il mövsümündən imtina etməməliyik. Gələn mövsüm üçün işlədiyimizdə, bu mövsümü də unutmamalıyıq”.

Vassyör bildirib ki, o, komandanın sıralanma turu tempindən razı deyil: “Bizim yarış tempimiz Toro Rosso, Force İndia və McLaren-ə nisbətən güclüdür. Amma sıralanma turunda vəziyyət tam əksinədir.

Sıralanma turu performansımızı inkişaf etdirməliyik və biz nəyin üstündə işləməli olduğumuzu bilirik.

Formula1-də kiməsə qarşı üstünlük qurmaq çox çətindir. Mövsümə yaxşı vəziyyətdə başlamalısınız. Təbii ki, Ferrari və Mercedes ilə mübarizə aparmırıq, amma bizdən öndə olan 2-3 komanda ilə sıralanma turunda mübarizə aparmalıyıq”.

Qeyd edək ki, Renault komandası Barselonadakı mövsümiçi testlərdə Renault-nun yeni mühərriklərini test edəcək.

Vassyör bildirib ki, bolidi hərtərəfli inkişaf etdirmək lazımdır: “Hər sahədə inkişaf etməliyik: mühərrik, aerodinamika və mexaniki cəhətdən. Üzərində işləməli olduğumuz konkret bir nöqtə yoxdur.

Hazırda təkərlər üzərində işləməliyik və təkərlə bolidin uyğunlaşmasını görməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 466
Teqlər ,
Paylaş

logo