13 Dekabr 2018, Cümə axşamı - 17:20

F.Nasr yeni şassidən istifadə edəcək

F.Nasr yeni şassidən istifadə edəcək

Müəllif: Rauf Hacıyev, redaktor

19:28 - 28 Aprel, 2016

Sauber komandasının sürücüsü Rusiyada yeni şassi ilə yarışacaq…

F-1.az xatırladır ki, Nasr bu il heç də yaxşı çıxış etmir və komanda yoldaşı Markus Erikssondan geri qalır. Braziliyalı sürücü bunun səbəbini şassidəki nasazlığa bağlamışdı.

Nasr bildirmişdi ki, komandanın maliyyə vəziyyəti düzələn kimi yeni şassiyə keçəcək və 23 yaşlı sürücünün bu istəyi, deyəsən, Rusiyada reallaşacaq.

Felipe Nasr: “Rusiyada yeni şassi ilə trasa çıxacam. Bundan başqa biz unutmamalıyıq ki, Formula1 bolidləri qarışıq quruluşa sahibdirlər və şassi bu detallardan sadəcə biridir.

Digər şassidə asfalta ilişmə ilə bağlı problemlər yaşayırdım. Bu addım komanda üçün yaxşı başlanğıc olacaq.

Avstraliyadakı yarışdan bəri bolid özünü çox qəribə aparır. İndi isə Rusiyada yeni şassini yoxlayacayıq və görək bu necə işləyəcək”.

Felipe Nasr əlavə edib ki, onlar hələ də şassidəki problemi tapa bilməyiblər: “Hələ problemi tapa bilməmişik, amma şassini təhlil etməyə davam edirik. Bunun üçün vaxta ehtiyacımız var.

Bolid zavoda qayıtmalıdır. Zavodda bolidi təhlil edəndə bütün detalları araşdıracayıq və bu yaxşı olacaq.

Komanda hazırda əlindən gələn hər şeyi edir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 431
Teqlər ,
Paylaş

logo