15 Sentyabr 2019, Bazar - 18:20

F.Massa: “Yaxşı gün olmadı”

F.Massa: “Yaxşı gün olmadı”

Müəllif: Rauf Hacıyev, redaktor

16:24 - 24 Mart, 2017

Williams komandasının sürücüsü Felipe Massa ikinci sessiyada yaranan problemlərə görə məyusdur.

F-1.az xatırladır ki, braziliyalı sürücü birinci sessiyada 28 dövrə vurub. Amma 35 yaşlı sürücü ikinci sessiyada elektriklə bağlı problem yaşayıb və cəmi 6 dövrə vura bilib.

Felipe Massa: “Gözlədiyimiz kimi yaxşı gün olmadı. Sessiyanı bitirə bilmədim və cəmi 6 dövrə vura bildim. Tras hələ çirklidir və buna görə də yaxşı performans göstərmək asan olmur. Problem yaranandan sonra heç nə edə bilmədik. Sabah üçüncü sessiyada daha çox dövrə vurub, itirilən vaxtı kompensə etmək istəyirik.

UltraSoft təkərləri yoxlaya və yarış tempində gedə bilmədim. Barselonada çoxlu dövrələr vurduqdan sonra burada problem yaşamaq utancvericidir. Amma problem elə də böyük deyil. İndi şənbə gününə fokuslanmalı və işləməyə davam etməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 384
Teqlər , , ,
Paylaş

logo