F.Briatore razıdır

Sabiq komanda rəhbəri Flavio Briatore düşünür ki, Leklerlə Ferstappen arasındakı sərt mübarizə Formula1 üçün xeyirlidir.

F-1.az xatırladır ki, mövsümün ilk iki yarışında Leklerlə Ferstappen arasında amansız mübarizə gedib və onlar hərəyə 1 yarış qazanıblar.

Flavio Briatore: “Builki çempionat fərqlidir və hamı bunu istəyir. Amerika Formula1-i yenidən sevir. Məsələn, Mayami yarışına biletlər 3 ayda satılıb qurtardı.

Keçən il gözəl bitdi. Bu il isə Ferrari-nin qələbə dublu ilə başladı. Daha sonra isə möhtəşəm Səudiyyə Ərəbistanı yarışını izlədik. İki çox güclü pilot mübarizə apardılar və mənfi mənada müzakirələr olmadı. Bu, Formula1 üçün yaxşıdır. Məncə, gözəl mübarizə idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*