F.Alonsonun Həmiltona qəzəblənmə səbəbi nədir?

Fernando Alonso sabiq komanda yoldaşı Lyuis Həmiltonun məlumatları paylaşmamaqla bağlı sözlərini birmənalı qarşılamayıb.

F-1.az xatırladır ki, Həmilton və Alonso 2007-ci ildə McLaren-də komanda yoldaşı olmuş və o dövrdə Formula1-də debüt edən britaniyalı sürücü Alonsonun məlumatlarından istifadə etmişdi.

Fernando Alonso: “Mercedes komandasının mühəndisləri və sürücüləri həmişə bir-birlərilə məlumatları paylaşıblar. Buna görə də Həmiltonun sözləri mənə qəribə gəldi.

Əgər keçən il işinə fokuslansaydı, Rosberqin məlumatlarına baxsaydı, rahatlıqla çempion olardı”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*