F.Alonso: Xalsız qalacağıq

Alpine komandasının sürücüsü Fernando Alonso bugünkü yarışdan xal alacaqlarına inanmır.

F-1.az xatırladır ki, Sebastyan Fettel sıralanma turunun ikinci sessiyasında Fernando Alonsonu bloklayıb və ispaniyalı sürücü sürətli dövrə vura bilməyib. Nəticədə 14-cü olan ikiqat Dünya Çempionu yarış üçün heç də ideal olmayan yerdən start alacaq.

Fernando Alonso: “Beşinci və ya altıncı başlayıb tamamilə fərqli yarış keçirə bilərdik, amma əldən verdik. Xal almaq üçün çox pis yerdəyik. Mənə elə gəlir ki, xalsız qalacağıq. Digər sürücülərə nə cəza versələr də, bəs etməyəcək. Vəziyyət budur. Məncə, önümdəki rəqiblərim vəziyyətə pis nəzarət etdi. Məyusam, çünki potensialımız var idi. Bolidimiz ən yaxşı günündə olsa da, bundan faydalana bilmədik.

Belə hallara daha ağır cəzalar verilməlidir. Doğru hərəkət deyildi. Qəribə yarış olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*