20 Noyabr 2019, Çərşənbə - 12:46

F.Alonso Monakodakı nəticədən razıdır, amma boliddən narazıdır

F.Alonso Monakodakı nəticədən razıdır, amma boliddən narazıdır

Müəllif: Rauf Hacıyev, redaktor

20:34 - 29 May, 2016

Fernando Alonso Monakoda gözlənilmədən 5-ci yeri tutandan sonra bildirib ki, bu nəticəyə görə xoşbəxtdir, amma eyni sözləri McLaren-in bolidi barədə deyə bilmir…

F-1.az xatırladır ki, Alonso Monakoda dəyişkən hava şəraitində keçən yarışda 5-ci yeri tutaraq, McLaren Honda karyerasındakı ən yaxşı nəticəsini təkrarlayıb.

Bütün həftəsonu ərzində bolidin idarəetməsindən narazı olan Alonso bildirib ki, həftəsonu boyunca ən gözəl hadisə yarış nəticəsi olub: “Yaxşı idi, çünki bu cür çətin bir yarışdan sonra bu cür nəticə bizi xoşbəxt edir. Ancaq beşincilik ən yaxşı nəticədir. Əgər ortada heç bir nəticə yoxdursa, xoşbəxt olub-olmamağınız vacib deyil.

Tutduğumuz yerdən elə də çox nəticə çıxara bilmərik. Tras çox fərqlidir. Bu nəticə cari mövsümün ən yaxşı nəticəsi oldu.

Rəqabət səviyyəmiz heç də yaxşı deyildi. Bütün həftəsonu ərzində performans cəhətdən bizim üçün çətin oldu. Buna görə də çox sahədə inkişaf etməliyik.

Sözün açığı, çətin keçən bir yarışdan sonra həmişə razı olarsınız və bu onlardan biri idi.

Əvvəlcə çətin idi. Təhlükəsizlik avtomobilinin arxasında yolu görmək olmurdu. Daha sonra asfaltla ilişmə ilə bağlı proqnoz verdik və keçid təkərlərini taxdıq.

Ən çətini isə quru hava təkərlərinə keçmək idi. Trasın genişliyi bir metr idi, çünki quru xətt çox nazik idi. O təkərlərlə yarış xəttindən bir sm çıxsaydıq, qəza edərdik, çünki bura Monakodur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 448
Teqlər ,
Paylaş

logo