F.Alonso McLaren-də nə qədər yer itirib?

Fransanın F1i Magazine nəşri Fernando Alonsonun McLaren-də çıxış etdiyi son iki il yarımlıq dövrdə startlarda neçə yer itirdiyini hesablayıb.

F-1.az F1i Magazine-ə istinadən bildirir ki, ikiqat dünya çempionu 2015-ci ildə 12 güc qurğusundan istifadə etmişdi və mövsüm ərzində ümumilikdə 155 yer itirməklə cəzalandırılmışdı. Keçən il isə vəziyyət bir az “yaxşılaşmışdı” – 105 yer (Spada 60, Sepanqda 45 yer).

Cari mövsümdə isə Fernando artıq startlarda 70 yer itirib ki, bunun da 30-u Silverstoundakı son yarışa düşür. Beləliklə, ispan sürücü 2015-ci ildən bəri startlarda nə az, nə çox, düz 330(!) yer itirib. Bu, təkcə Honda-nın güc qurğularına görə olan hesabatdır, ötürmələr qutusunun dəyişdirilməsinə görə itirilən yerlər nəzərə alınmayıb…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*