Epsilon nikbinliyini itirmir

Epsilon Euskadi komandasının başçısı Xoan Villadelprat bildirib ki, nikbinliyini itirmir və ümid edir ki, onun komandası dünya çempionatı iştirakçılarının son […]

Epsilon Euskadi komandasının başçısı Xoan Villadelprat bildirib ki, nikbinliyini itirmir və ümid edir ki, onun komandası dünya çempionatı iştirakçılarının son siyahısına daxil ediləcək. İspan komandası FİA-ya ərizə vermiş 15 komandadan biri idi, amma federasiya vakant 3 yerə Campos Grand Prix, Manor Grand Prix və Team US F1 komandalarını seçib. Villadelprat etiraf edib ki, FİA-nın seçimi onu təəccübləndirib, çünki, məsələn, Campos-dan fərqli olaraq, Epsilon şassini özü qurmağı planlaşdırırdı…

Xoan Villadelprat: “Mən siyahını görəndə təəccübləndim, çünki hesab edirdim ki, biz Aston Martin, Lola və digər yarış təcrübəsi olan komandalarla rəqabət aparacayıq. Amma mən yenə də nikbinliyimi itirmirəm, çünki FİA-dan məktub almışam, məktuba əsasən bu ilkin siyahıdır, son siyahı isə iyunun 19-da dərc olunacaq. Biz işimizi davam etdirəcəyik, federasiyaya əlavə məlumatlar verəcəyik.

FİA məktubunda xüsusilə vurğulayıb ki, ilkin siyahıya daxil edilən komandalardan heç biri 100% yerini təmin etməyib. Federasiya yoxlamaları davam etdirir, məlumat toplayır və bizə deyilib ki, hələlik ümidimizi itirməyək. Ona görə də bu bir tərəfdən, soyuq duşdur, digər tərəfdən, biz başa düşürük ki, hələ heç nə itirməmişik. Gözləyək, görək o biri komandaların işi necə olacaq. Hesab edirəm ki, bu birinci raunddur, ikinci isə gələn həftə olacaq. Amma ola bilər ki, bununla da məsələ yekunlaşmasın.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*