Emiliya Romanya-2021: Sıralanma turu

İmolada ötmələr çətindir, bu fikri keçən il burada tras üzərində cəmi 6 ötmənin olması da dəstəkləyir. Elə buna görə də, sıralanma turu çox vacibdir və sürücülər məşqlərdə qırmızı təkərlərlə maksimum işləməyə çalışıblar.

F-1.az xatırladır ki, cümə günü baş tutan hər iki məşqdə Bottas hamıdan sürətli olub, bugünkü sessiyada isə Ferstappen öz adını birinci yerə yazdırıb. Nəticələrin həddən artıq sıx olması sıralanma turuna olan marağı da xeyli artırıb.

Pirelli buraya orta üçlüyü – C2, C3 və C4 təkərlərini gətirib. Havanın soyuq olması sürücülərə təkər qızdırmaqda xeyli problemlər yaradıb.

İlk Sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. Lakin bir dövrə vurmaq imkanları olub – Tsunodanın qəzasına görə qırmızı bayraqlar dalğalandırılıb. Yapon sürücü 14-cü döngədə səhvə yol verib. Zərbə güclü olub və o, dərhal müayinə üçün tibbi mərkəzə göndərilib. Təxliyəyə görə fasilə 9 dəqiqə davam edib.

Peres və Qaslinin nəticələri trasdan tam çıxdıqları üçün ləğv edilib. Bottas protokollara 1:14.672-lik nəticə ilə başçılıq edib. Tsunoda ilə yanaşı, Haas və Alfa Romeo sürücüləri üçün də mübarizə başa çatıb.

İkinci Sessiyada Mercedes və Williams sürücüləri ilə yanaşı, Ferstappen də Medium təkərlərlə boksdan ayrılıb. Qasli və Fettel trasın hüdudlarını pozublar və nəticələri ləğv edilib. İlk cəhddə Norris hamıdan yaxşı nəticə göstərsə də, Peres ikinci cəhdində onu üstələyib – 1:14.716. Alonso, Latifi, Fettel, Rassell və Sayns ilk onluqdan kənarda qalıblar.

Son Sessiyada hamı Soft təkərlərlə mübarizəyə qoşulub. Həmiltonun ilk cəhddəki nəticəsi 1:14.411 olub və rəqibləri ondan cüzi geri qalıblar. İkinci cəhdlər də xüsusilə Red Bull sürücülərinin səhvə yol verməsi bu nəticənin ən yaxşı olaraq qalmasına kömək edib. Norris möhtəşəm dövrə ilə ikinci yerə yüksəlsə də, trasdan çıxdığı üçün nəticə ləğv edilib.

Beləliklə, Lyuis Həmilton bu il ilk, karyerasında isə 99-cu poulunu qazanıb. İkinci yeri tutan Serxio Peres ilk dəfə yarışa birinci cərgədən başlamaq şansı əldə edib. Maks Ferstappen və Şarl Lekler ikinci cərgəni, Pyer Qasli və Daniel Rikkardo isə üçüncü cərgəni tutublar.

Sabah bizi olduqca maraqlı yarış gözləyir…

 

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 2 1:14.823 10 4 1:14.817 7 1:14.411 6
2 11 Serxio Peres Red Bull 6 1:15.395 6 1 1:14.716 6 1:14.446 6
3 33 Maks Ferstappen Red Bull 4 1:15.109 6 5 1:14.884 8 1:14.498 6
4 16 Şarl Lekler Ferrari 8 1:15.413 7 3 1:14.808 6 1:14.740 6
5 10 Pyer Qasli AlphaTauri 11 1:15.548 7 7 1:14.927 8 1:14.790 6
6 3 Daniel Rikkardo McLaren 13 1:15.669 9 8 1:15.033 6 1:14.826 6
7 4 Lando Norris McLaren 3 1:15.009 6 2 1:14.718 3 1:14.875 6
8 77 Valtteri Bottas Mercedes AMG 1 1:14.672 9 6 1:14.905 7 1:14.898 6
9 31 Esteban Okon Alpine 5 1:15.385 8 9 1:15.117 6 1:15.210 6
10 18 Ləns Stroll Aston Martin 10 1:15.522 8 10 1:15.138 6 6
11 55 Karlos Sayns Ferrari 7 1:15.406 10 11 1:15.199 6
12 63 Corc Rassell Williams 14 1:15.826 10 12 1:15.261 6
13 5 Sebastyan Fettel Aston Martin 9 1:15.459 8 13 1:15.394 6
14 6 Nikolas Latifi Williams 12 1:15.653 8 14 1:15.593 6
15 14 Fernando Alonso Alpine 15 1:15.832 8 15 1:15.593 6
16 7 Kimi Rəykkönen Alfa Romeo 16 1:15.974 10
17 99 Antonio Covinatsi Alfa Romeo 17 1:16.122 9
18 47 Mik Şumaxer Haas 18 1:16.279 12
19 9 Nikita Mazepin Haas 19 1:16.797 12
20 22 Yuki Tsunoda AlphaTauri 20 2
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*