K.Rəykkönen xal qazanmaq istəyir

Alfa Romeo komandasının sürücüsü Kimi Raikkonen bildirib ki, İmolada xal uğrunda mübarizə apara bilərlər.

F-1.az xatırladır ki, Alfa Romeo Bəhreyndə xal qazana bilməsə də, keçən ilə nisbətən rəqabətədavamlı görünüb.

Kimi Rəykkönen: “İmolada xal uğrunda mübarizə aparacağıq, lakin asan olmayacaq. Bəhreyndə yaxşı həftəsonu keçirsək də, xalsız qaldıq. Buna görə də, 4-cü gündən bazar gününə qədər təkmilləşməliyik. Ümid edirəm ki, hər şey yaxşı olar və xal qazanarıq. Hər şeydən xəbərdarıq. Buna görə də boliddən maksimumu almalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*