R.Kubitsa ilk məşqlərdə Bottası əvəzləyəcək

Polşalı sürücüyə Alfa Romeo komandası Valtteri Bottasın maşınını həvalə edəcək.

F-1.az xəbər verir ki, komandanın mətbuat xidməti onun ilk sərbəst yürüşlərdə iştirak edəcəyini təsdiqləyib – Robert 1 saat komandaya kömək edəcək, ikinci sərbəst yürüşlərdə isə C42-ni Bottasa qaytaracaq.

Xatırladaq ki, Kubitsa builki F1 bolidinin sükanı arxasına sonuncu dəfə may ayında Barselonada keçib. O vaxt Quanyu Çjou ilk məşqləri buraxmışdı

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*