K.Rəykkönen: Son qərarı özüm verəcəm

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, idmanda qalıb-qalmayacağı ilə bağlı son qərarı özü verəcək.

F-1.az xatırladır ki, 41 yaşlı pilotun komandası ilə müqaviləsi ilin sonunda bitəcək. Lakin tərəflər hələ də yeni müqavilə üçün danışıqlar aparmırlar. Əvəzində Alfa Romeo-ya Valtteri Bottasın gələcəyi ilə bağlı xəbərlər var.

Kimi Rəykkönen: “Qalıb-qalmayacağımla bağlı qərarı mən verəcəm. Ancaq hələki heç nə bilmirəm. Bu barədə çox düşünməmişəm və narahat deyiləm. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*