Əbu Dabi-2017: Həftəsonuna hava proqnozu

Həftəsonu Əbu Dabidə hava həmişəki kimi isti olacaq. Gün ərzində temperatur +29 dərəcəyə çatacaq, əsas sessiyaların baş tutacağı axşam saatlarında isə bir neçə dərəcə enəcək. Yağıntı gözlənilmir.

F-1.az avtodromun saytına istinadən xəbər verir ki, ikinci məşqlər, sıralanma turu və yarış yerli vaxtla 17:00-da başlayacaq, günəş isə 17:34-də batacaq. Sessiyanın sonuna havanın hərarəti +25 dərəcəyə qədər enəcək. Küləyin istiqaməti həftəsonu ərzində bir neçə dəfə dəyişəcək, lakin mülayim olacaq və komandaların işində çətinlik yaratmamalıdır.

Xatırladaq ki, keçən il bütün sessiyalar quru trasda baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*