E.Cordan: “Mercedes Fetteli almalıdır”

Sabiq komanda rəhbəri Eddi Cordan bildirib ki, Mercedes Ferrari-dən Sebastyan Fettelin transferi üçün əlindən gələni edəcək.

F-1.az xatırladır ki, Rosberq təqaüdə çıxdıqdan sonra Mercedes ikinci sürücü axtarışlarına başlayıb və bir neçə sürücünün adı transferlə bağlı hallanır. Britaniya mətbuatı bildirib ki, Verlyayn, Alonso və Batton ən real namizədlərdir.

Eddi Cordan: “Düşünürəm ki, Fettel üçün əllərindən gələni edəcəklər. Düzünü danışaq. Ferrari-nin vəziyyəti pisdir. Komanda yaxşı təəssürat vermir. Fettel daha çox çempion olub, Şumaxerə çatmaq istəyir. Bunu da Mercedes ilə edə bilər. Komandadan gedəcək? Onu bilmirəm. Müqaviləsindəki maddələrdən xəbərim yoxdur. Amma mən Mercedes-də işləsəydim, Fetteli transfer etmək üçün əlimdən gələni edərdim”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*