E.Cordan: Həmilton artıq yaxşı adamdır

Formula1 şərhçisi Eddi Cordan düşünür ki, Lyuis Həmilton itirdiyi titulu xoş niyyətlə qarşılayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü 2016-cı ildən sonra ilk dəfə titulu əldən verib. Əbu Dabidə stüardların mübahisəli qərarlarından sonra hamı gözləyirdi ki, Həmilton aqressiv davransın. Lakin o əksinə Ferstappeni təbrik edib.

Sabiq komanda rəhbəri Eddi Cordan düşünür ki, gənc Ferstappen yeddiqat Dünya Çempionu Lyuis Həmiltonu incidib. Britaniyalı pilot isə bunu yumşaq qarşılayıb: “Ferstappenin titula layiq olduğunu inkar etmək olmaz. Ancaq Həmilton da buna icazə verdi. Ferstappen kimi aqressiv və kibirli bir insanın onu məğlub etməsinə icazə verdi. Lyuis uzun müddətdir ki, yaxşı insan olub. Məncə, yenidən sərt adam olmalıdır. Yarışdan sonra da çox yaxşı danışdı.

Bütün İngiltərə onunla fəxr etsə də, yaxşı adamlar titul qazana bilməz. O isə artıq yaxşı adamdır. O, gördüyüm ən yaxşı sürücüdür. Buna görə onu ideallaşdırıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*