E.Bulye: “Vəziyyət pisdir”

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, səhərə qədər yatmayıb, işləsələr belə, mövsümün ilk yarışında çətinlik çəkəcəklər.

F-1.az xatırladır ki, “narıncılar” 8 günlük Barselona testlərində cəmi 424 dövrə vurmuşdular – müqayisə üçün bildirək ki, Mercedes komandası bu testlərdə 1096 dövrə vurmuşdu.

Erik Bulye: “Testlərin hər günündə problemlərlə üzləşdik. Buna baxmayaraq, bolid haqqında çox şey öyrəndik və nəyin üzərində işləməli olduğumuzu bildik. İnanırıq ki, Honda qısa müddət ərzində problemi həll edəcək. Ümid edirəm ki, hər şey planlaşdırdığımız kimi gedər və mövsümün ilk yarışına qədər zərəri minimuma endirərik.

Komanda olaraq problemləri həll edəcəyik. Şassimiz güclüdür və Honda-dan gələn dəstəklə yaxşı nəticələr ala bilərik”.

Xatırladaq ki, McLaren komandası 2015-ci ildə 27 xalla 9-cu, 2016-cı ildə 76 xalla 6-cı olmuşdu.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*