Gernot Döllner: “Formula1-dəki layihəmiz tam müstəqildir, o, nə Volkswagen Group-dan, nə də Audi şirkətindən asılıdır. Bu bizim üçün hər zaman son dərəcə vacib olub və belə də qalır.
Üç il əvvəl Formula1-də iştirak istiqamətində addım atmazdan əvvəl biz müstəqil maliyyələşməni nəzərdə tutan biznes-plan hazırlamışdıq. Məqsəd bu onillik ərzində zərərsizlik nöqtəsinə çatmaqdır.
Yanımızda güclü və etibarlı tərəfdaş – QIA suveren fondunun [komandanın səhmlərinin təxminən üçdə birinə sahibdir] olmasından məmnunuq. Bu tərəfdaşlıq investisiyalara kömək edir. Qətərin tərəfdaş, bizim isə majoritar səhmdar olduğumuz struktur bunu mümkün edir.
Kənardan maraq çox böyükdür, lakin hələlik səhmlərin satışını planlaşdırmırıq. Əgər bu variantı nəzərdən keçirsək, bu, müvafiq ilkin müddəti olan strukturlaşdırılmış proses çərçivəsində olacaq. Hazırda buna ehtiyac görmürük”.





