L.Turrini: Binotto Audi-yə gedəcək

İtaliyalı məşhur jurnalist Leo Turrini iddia edir ki, Audi Mattia Binotto ilə maraqlanır.

F-1.az xatırladır ki, Mattia Binotto bu həftə Ferrari-dəki komanda rəhbəri vəzifəsindən istefa verib. Lakin o, hara getsə də, 6 ay işləyə bilməz.

Mattia 1994-cü ildə Ferrari-yə transfer olunub və 28 illik karyerasında “qırmızılar”ın heyətində çoxlu vəzifədə işləyib. O, peletondakı ən yaxşı motorçulardan biri sayılır. Buna görə də onun elçiləri çoxdur.

Leo Turrini: “Binotto və Con Elkan su ilə yağ kimidirlər. Bir-birlərinə uyğun adam deyillər. Prezidentin komanda rəhbərinə qarşı inamı itəndə belə nəticələrin olması labüddür. Binotto tezliklə rəqib komandalara keçəcək. Onun Audi ilə danışıqlar apardığını bilirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*