25 Avqust 2019, Bazar - 13:13

D.Kulthard: “McLaren zəif bəndi tapmalıdır”

D.Kulthard: “McLaren zəif bəndi tapmalıdır”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:00 - 23 Mart, 2011

Londonda dərc olunan The Daily Telegraph qəzetindəki köşəsində Dəvid Kulthard bildirib ki, yeni McLaren maşının sürət çatışmazlığı komandanın işindəki təşkilatsızlıqla […]

Londonda dərc olunan The Daily Telegraph qəzetindəki köşəsində Dəvid Kulthard bildirib ki, yeni McLaren maşının sürət çatışmazlığı komandanın işindəki təşkilatsızlıqla əlaqədardır…

Dəvid Kulthard: “Nə qədər gözləmək olar? Bəhreyn yarışı təxirə salındığı üçün komandalar hazırlıq üçün daha iki həftə qazanıblar, amma adama elə gəlir ki, mövsümöncəsi hazırlıq əbədi davam edir.

Hamı istəyir ki, mövsüm tezliklə başlasın. Əgər 2011-ci il 2010-cu ilə oxşasa, bizi maraqlı mövsüm gözləyəcək – bu il peletaonda bir çempion çox olacaq.

Düzünü desəm, düşünmürəm ki, mövsümün finalı keçənilki kimi olacaq – Abu Dabidə titula dörd namizəd starta çıxmışdı, amma istəyirəm ki, səhv düşünüm.

Amma bunun üçün McLaren maksimum çalışmalıdır və Red Bull-Ferrari cütlüyünə çatmalıdır. Hadisələrin belə cərəyan etməsini istisna etmirəm. Heç kim bilmir ki, yaxın altı ayda nə olacaq, amma mənim təcrübəm deyir ki, McLaren mövsümün gedişində maşını yüksək səviyyədə təkmillşdirə bilər.

Hərçənd, hələlik qeyd etmək lazımdır ki, Avstraliya Qran Prisinə artıq bir neçə gün qalıb, yeni McLaren maşını isə testlərdə ən az məsafə qət edib. McLaren özü də bu faktla razılaşır ki, yeni maşın sürətdə rəqiblərinə çox uduzur.

Ona görə də ortaya çoxlu suallar çıxır. Son 11 ildə cəmi bir titul – belə bir komanda üçün zəif nəticədir. Ən maraqlısı isə budur ki, son üç mövsümü McLaren çox zəif başlayır.

Problem nədədir? Kənardan mənə belə gəlir: mövsümün startında maşına sürət çatmasa da, mövsümün sonunda maşın yüksək dərəcədə təkmilləşir.

Təkmilləşmə prosesi böyük vəasit tələb eidr. Məndən tez-tez soruşurlar: nə vacibdir – sürücü yoxsa maşın? Əlbəttə, mən cavab verirəm ki, maşın. Ən yaxşı maşın hazırlayın və sükan arxasına praktiki olaraq kimi istəyirsiniz otuzdurun – qələbə uzaqda olmayacaq.

Digər komandalarla müqayisədə McLaren-in özünəməxsus strategiyası var: son illər Uokinqdə belə bir sistem təbiq olunur – hər il yeni maşının hazırlanmasına fərqli baş konstruktor cavabdeh olur. Hərçənd, mənə dedilər ki, Pət Frayın Ferrari-yə keçməsindən sonra bu sistem dəyişə bilər.

Deyə bilərəm ki, bu cür təşkilatçılıq səhvdir. Bəlkə, komanda üçün bu sistem daha effktiv və ya çox məsrəf tələb eləmir, bilmirəm. Amma son illərin statistikasına abxdıqda başa düşürük ki, bu sistem işləmir.

Martin Uitmarş və Ron Dennis bütün McLaren Group-a başçılıq edirlər və indi onların vəzifəsi zəif bəndi tapmaqdır. Bu, Mercedes motoru deyil və sözsüz ki, sürücülər deyil. Əminəm ki, Lyuis Həmilton və Censon Batton da eyni suala cavabı komandadan gözləyirlər…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 223
Teqlər
Paylaş

logo