D.Kulthard: “Force İndia çoxlarını təəccübləndirə bilər”

2009-cu ilin mövsümündə Force İndia komandası McLaren Mercedes-dən alınmış motor, ötürmələr qutusu və KERS-dən istifadə edəcək, bundan əlavə təchizatçının ən […]

2009-cu ilin mövsümündə Force İndia komandası McLaren Mercedes-dən alınmış motor, ötürmələr qutusu və KERS-dən istifadə edəcək, bundan əlavə təchizatçının ən yaxşı ixtisaslaşdırılmış mütəxəssislərinin köməyinə də bel bağlamaq olacaq. Red Bull RB5-in təqdimat mərasimində Dəvid Kulthard mövsümdə mümkün olan sürprislərdən və Lyuis Həmiltonun McLaren-də çıxışından danışıb…

Dəvid Kulthard: “Əgər 2009-cu ildə Force İndia-nın bəxti gətirsə, bu komanda çoxlarını təəccüblənidrə bilər, Lyuisə gəlincə isə, o Formula1-də cəmi iki mövsüm keçirib və artıq böyük nəticələr əldə edib. O ilk debüt mövsümündə titul qazana bilməsə də, keçən buna nail oldu. Lyuis güclü sürücüdür, məncə bundan sonra o vəziyyətə nəzarət edəcək, necəki Mixael Şumaher öz vaxtında edirdi və başqaları üçün nümaunə olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*