D.Rikkardo: “Ferrari bizi təəccübləndirdi”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Malayziyada Ferrari güclü görünür.

F-1.az xatırladır ki, avstraliyalı sürücü cümə gününü lider Fetteldən 0.8 saniyə geridə – 3-cü yerdə bağlayıb.

Daniel Rikkardo: “Sözün açığı, Ferrari gözlədiyimizdən sürətli görünürdü. Düşünmürdüm ki, fərq bu qədər böyük olsun. Dünən Mercedes-lərin öndə olacağımı və Ferrari-lərin bizimlə təxminən eyni tempdə gedəcəyini düşünürdük, amma işlər elə getmədi. Hazırda Ferrari favoritdir. Amma sabah Mercedes-in də gücünü görməliyik.

Bolidimizin vəziyyəti yaxşıdır, amma inkişaf etməli olduğumuz nöqtələr var. Əgər bunları düzəldə bilsək, hər şey daha yaxşı olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*